• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 24.08.2020 12:08

Aşura günü qanvermə necə olacaq?

KepezTV Player

Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib. Qeyd olunur ki, bu il Məhərrəm ayının 10-u – Aşura günü avqustun 30-na təsadüf edir. Bundan öncəki illərdə vətəndaşlar məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. Bu il də humanist ənənə davam etdiriləcək. Vətəndaşlar Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər.