• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3043
— 24.08.2020 12:04

"Öhdəliyi təmin etdik, qarşılıq görmədik"

KepezTV Player

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj hazırlayıb. Telekanala müsahibə verən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, əslində, Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycanın gözləntisi var idi ki, Paşinyan Ermənistanın əvvəlki rəhbərliyindən fərqli siyasət yürüdəcək. Azərbaycan Prezidentinin Paşinyanla Düşənbə görüşünü xatırladan Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın baş naziri ona ölkəsində bir sıra işlərin görülməsi, parlament seçkilərinin keçirilməsi və s. üçün vaxt verilməsini xahiş edib.

Hikmət Hacıyev - Prezidentin köməkçisi: "Biz danışıqlar prosesində konstruktiv öhdəliyi təmin etdik və vaxt verməyə, tərəfimizdən atəşkəs rejiminin təmin edilməsinə çalışdıq. Lakin təəssüflər olsun ki, qarşılıq görmədik. Ermənistan hökuməti destruktiv siyasətinə davam etdi. İlk olaraq bu, yeni ərazilərə iddia və Ermənistanın müdafiə naziri tərəfindən yeni müharibələrə açıq çağırışın əks olunduğu aqressiv hərbi doktrina ilə başladı. Sonra Ermənistanın təhlükəsizlik naziri bildirdi ki, Azərbaycan ərazisinin bir qarışı da qaytarıla bilməz. Daha sonra Paşinyan qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycandır və nöqtə".

Müəllifin Rusiya ordusu Tovuz döyüşündən qısa zaman sonra təəccüblü hərbi təlim keçirdi. Ermənistanın Rusiya ilə uzun müddət davam edən müttəfiqliyi var. Biz bu yaxınlarda Rusiya ordusunun ölkənin Azərbaycandan uzaq olmayan cənub-qərbində böyük hərbi təlim keçirdiyini gördük. Bu sizi narahat etdimi?” sualına cavabında Prezidentin köməkçisi deyib ki, biz rusiyalı tərəfdaşlarla əlaqə qurduq. Bizim Müdafiə Nazirimizin Rusiyanın Müdafiə naziri ilə danışığı oldu və biz bu iki hadisənin heç bir vəchlə bir-biri ilə əlaqəsinin olmamasına əmin olduq. "TRT World" SOCAR-ın vitse prezidenti Elşad Nəsirovdan isə Ermənistanla gərginliyin dünyada neft daşımalarına təsiri ilə fikirlərini öyrənib.

Elşad Nəsirov - SOCAR-ın vitse-prezidenti: “Vəziyyət çox ciddidir. Çünki burada təkcə Azərbaycanın təhlükəsizliyi deyil, Avropada enerji təhlükəsizliyini təmin edən infrastruktur təhlükədədir. Əgər siz Avrasiyanın xəritəsinə baxsanız şimaldakı Barens dənizindən cənubdakı Fars körfəzinə qədər Azərbaycanın üzərində olduğu meridianda yalnız üç ölkə olduğunu görərsiniz. Şimalda Rusiya, cənubda İran və ortada Azərbaycan. Beləliklə, Xəzərin enerji resurslarını Avropa İttifaqı ölkələrinə çatdıra biləcək dəhliz Azərbaycan, Gürcüstan və Türkiyədir”.