KepezTV Player
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə Amerika Diyanət Mərkəzində Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Şəhidlərin adları sadalanaraq, onların ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. İki qardaş ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın ölkələrimizin müstəqilliyinin təməli olduğu və onların dərin ehtiramla xatırlandığı qeyd edilib.
- Baxış: 458