• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 22.08.2020 12:35

Sabiq millət vəkilinin qızının toyu məsələsi araşdırılır

KepezTV Player

Daxili İşlər Nazirliyi sabiq millət vəkili İlham Əliyevin Novxanıda qızına toy mərasimi keçirməsinə münasibət bildirib.DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq deyib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb:"Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.O ki qaldı sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsinə, bu məsələ də hazırda tərəfimizdən araşdırılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir", - deyə Ehsan Zahidov vurğulayıb.