• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2917
— 20.08.2020 20:34

Sonuncu qəbul imtahanı keçirildi

KepezTV Player

Gəncədə Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi keçirilib. Prosesdə Gəncə ilə yanaşı, 5 ətraf regiondan olan, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkün abituriyentlər iştirak ediblər. Ümumilikdə 2175 abituriyent 10 binada imtahan verib.  Onlara 240 zal nəzarətçisi, 30 imtahan rəhbəri nəzarət edib. Saat 11-də başlayan imtahanda abituriyentlərə 3 saat vaxt verilib. Proses pandemiya qaydalarına uyğun keçirilib.İmtahan binaları iki gün əvvəl dezinfeksiya edilib. Bütün ixtisas qrupları üzrə qəbul imthanlarının  nəticələri bilindikdən sonra ali məktəblərə ixtisas seçimi həyata keçiriləcək. Artıq test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Aygün Qocayeva abituriyent:Hər şey yaxşı keçdi, imtahanda uğurla başa çatdı. Riyaziyyatdan 15 dənə, fizikadan 20, kimyadan 15 dənə yazdım

Səadət Xudaverdiyeva imtahan rəhbəri:Hər bir imtahan iştitakçısı qoruyucu maska ilə təmin olunub. Dizinfeksiya edici xüsusi mayelərdən istifadə edilib, abutiriyentlər içəri daxil olarkən onların hərarətləri yoxlanılıb. Heç bir qayda pozuntusu olmayıb. Ümumi bizdə imtahanda 250 nəfər iştirak etməliydi. Onlardan da 30 nəfər gəlmiyib.