• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2127
— 20.08.2020 20:32

İaşə obyektlərinin sahibləri maarifləndiriliblər

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları açıq havada fəaliyyət göstərən iaşə obyektlərində maarifləndirici reyd keçiriblər. İaşə obyektləri yoxlanılıb, əməkdaşlarına xüsusi qarantin rejiminin qaydaları izah edilib, neqativ halların baş verməməsi üçün tapşırıqlar verilib.

Maarifləndirici reyd zamanı açıq havada fəaliyyət göstərən iaşə obyektlərinin sahiblərinə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün müştərilərin qəbulu qaydaları izah edilib. Qaydalara əsasən obyektdə masalararası məsafə 2 metr, müştərilərarası məsafə isə  1 metrdən az olmayaraq saxlanılmalıdır. Həmçinin mütəmadi olaraq iaşə obyektlərində dezinfeksiya işləri aparılmalıdır. Müştərilər tibbi maska ilə qəbul olunmalıdır. Əgər müştəridə tibbi maska yoxdursa, obyekt sahibləri tərəfindən sözügedən vasitə ilə təmin olunmalıdır.

Səbuhi Qəhrəmanzadə AQTA-nın Gəncə regional bölməsinin əməkdaşı: Tərəfimizdən mütamadi olaraq monitorinqlər keçilir. İctimai iaşə, açıq havalarda sahibkarlarla maarifləndirici görüşlər keçilir. Bütün qaydalar izah edilir. Əgər hansı iaşə obyektində nöqsanlar varsa bizim tərəfdən sahibkara kömək edib nöqsan aradan qaldırılır. Həddindən artıq çox nöqsan olarsa qanunverciyilə uyğun olaraq tədbirlər görülür.

İaşə obyeklərinin işçi heyəti də şəxsi gigiyena qaydalarına əməl etməlidir. Masaların üzərinə dezinfeksiya məhlulları qoyulmalıdır.

Rəşad Qasımov inzibatçı: Operativ qərargahın qoyduğu qaydalara tam riayət olunur. Artıq 3 gündür ki, fəaliyyətə başlamışıq. Gələn müştərilərimizdə əgər spirt, maska yoxdursa təmin olunur. Masalar arası 2 metr, müştərilər arası 1 metr saxlanırı mütamadi olaraq da yoxlanılır.

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları analoji maarifləndirici reydlərini davam etdirəcəklər.

Elnur Vahidoğlu