• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 20.08.2020 12:43

Neqativ hallar aşkarlandı

KepezTV Player

Karantin rejimi qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirirlər. Reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması faktı aşkarlanıb. Polis əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüblər. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən qayda pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə ediliblər.