• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 20.08.2020 12:37

DİM müraciət etdi

KepezTV Player

Ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin adından və loqotipindən istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb. Mərkəzdən verilən məlumata görə,bu kimi səhifə və qruplar istifadəçiləri aldadır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri , yanlış cavablar verdikləri məlum olur. DİM-dən vurğulanıb ki, abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.