• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 20.08.2020 12:34

Peşə sinifləri artırılacaq

KepezTV Player

Gəncə Şəhər Təhsil İdarəsində ümumtəhsil müəssisələri ilə peşə məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə videokonfrans keçirilib. Orta və peşə məktəblərinin direktorlarının, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirak etdiyi onlayn görüşdə peşə təhsilinə marağın ümumtəhsil məktəblərindən başladığı diqqətə çatdırlıb. Vurğulanıb ki, elə buna görə də orta məktəblərin müəllimləri şagirdlərə peşəni sevdirməlidir. Ümumtəhsil məktəblərində peşə sinifləri də yaradılır. Məqsəd isə şagirdləri ilkin peşə bacarıqlarına, vərdişlərinə yiyələndirmək, eyni zamanda peşələr haqqında ilkini məlumatları verməkdir. Pilot olaraq ilk peşə sinfi ötən tədris ilindən Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbdə yaradılıb. Növbəti tədris ilində belə siniflərin sayının artırılması nəzərdə tutulur.

Nigar İsmayılzadə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi: Peşə təhsili müəsisələrinin  videomaarifləndirmə layihələri həyata keçilir. Eyni zamanda gələcəkdəümumtəhsil məktəbləri ilə birlikdə məsləhət xidmətlərinin həyata keçirilməsi, maarifləndirmə tədbirləri, peşə yönümlü açıq qapı günlərinin keçirilməsi, bu sahəyə işə götürənlərin cəlb olunması nəzərdə tutulur.

Anar Qədiməliyev Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Hansı sahədə daha çox ehtiya varsa, həmin sahənin siniflərinin açılması daha məqsədə uyğundu. Yəni biri varkı hansı bir peşənin açılmasının özümüz təşəbbüs göstəririk, biri də var ki,bu tələb və təklif əsasında formalaşdırırıq. Bunu da həm peşə məktəblərinin rəhbərləri müəyyənləşdirəcək, həmçinin valideynlər və şagirdlər arasında müəyyənləşdirəcəyik ki, daha çox hansı sahəyə ehtiyac var və o sahədə siniflərin açılmasını təklif edəcəyik.