• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 20.08.2020 12:38

Yeni hökumətin tərkibi təsdiqlənib

KepezTV Player

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni hökumətinin tərkibini təsdiqləyib. Prezident Roman Qolovçenkonu hökumətin rəhbəri vəzifəsində saxlayıb. Həmçinin bəzi nazirlər də hökumətdəki vəzifələrini qoruyublar. Bunlar, Daxili İşlər, Səhiyyə və İnformasiya nazirləridir. İndiki vəziyyətdə namizədlik parlamentin aşağı palatası ilə razılaşdırılmalıdır. Lukaşenko Minskdə qarışıqlığa son qoyulması ilə bağlı müvafiq qurumlara tapşırıqlar da verib. Bu arada, Litva Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəsinə girişi qadağan edilmiş şəxslər siyahısına daxil edib. Daha 31 Belaruslu məmurun ölkəyə girişinə qadağa qoyulub.