• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 20.08.2020 12:32

Məhkəmələrin fəaliyyəti bərpa olunub

KepezTV Player

Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda, o cümlədən Gəncədə məhkəmələrin fəaliyyəti tam bərpa olunub. Vətəndaşların qəbulu dayandırıldığından proses yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilir. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır.