• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 20.08.2020 12:28

Sabahdan Məhərrəm ayı başlayır

KepezTV Player

Sabahdan Məhərrəm ayı başlayır. Aşura günü isə avqustun 30-na təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı əhaliyə müraciət edib.

Bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edir. Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Aşura kimi ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Məhz bu səbəbdən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

QMİ-nin səlahiyyətli nümayəndəsi hər il Məhərrəm ayı ərzində ənənəvi olaraq təşkil edilən qanvermə aksiyalarının bu il necə keçiriləcəyi barədə də danışıb.

Gəncədə qan vermək istəyənlər Sabir Hacıyev küçəsi, 2 ünvanında yerləşən Mərkəzi Qan Bankının Gəncə bölməsinə müraciət edə bilərlər.