• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 19.08.2020 20:10

Yenilənən uşaq bağçaları

KepezTV Player

Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki uşaq bağçası-körpələr evi əsaslı şəkildə təmir olunub. Bir müəssisədə isə əsaslı təmir işləri aparılır. İlin sonuna kimi daha 3 uşaq bağçası-körpələr evinin təmirinə başlanılması nəzərdə tutulur.

Goranboy şəhər şəhid Şəmil Quliyev adına 1 saylı körpələr evi uşaq bağçası 1980-ci ildə istifadəyə verilib. İndiyə kimi bu bağçada heç bir əsaslı təmir işləri aparılmamışdı. Məhz elə bunun üçün də bu bağça qəzalı vəziyyətdə idi. Ona görə də bu ilin əvvəlindən bu bağçada əsaslı təmir işlərinə başlanılıb.

Əsaslı təmir işləri zamanı ikimərtəbəli tərbiyə müsəssisəsinin dam örtüyü dəyişdirilib. Tikilinin fasadı suvanıb, qapı-pəncərələri yenilənib. 150 yerlik uşaq bağçası-körpələr evinin bütün otaqlarına istilik sistemi çəkilib, elektrik xətləri yenilənib. Sanitar qovşaqlarda işlər yekunlaşıb. 30 otağın suvaq işləri də başa çatıb. Gələn həftə otaqların rənglənməsinə başlanılacaq.

İsrayıl Şirinov - sahə rəisi: İşıq şiti, hazırdı onu qoymuşuq. Su hovuzuda nəzərdə tutulub arxada verilibdir.İkinci layihədə yeni yanğın üçün su hovuzu da veriləcəkdir. 5 qruppadır, hər qruppanın da 1 yataq otağıdır, 1 oyun otağı birdə paltar soyunmaq üçün otaqdır. Hər qruppada 4 otaqdır. Əlavə persanallar üçün eləcədə xadiməçi otağıda bunlar da ayrı nəzərdə tutulubdur.

Bununla paralel olaraq, uşaqlar üçün açıq havada 5 əyləncə mərkəzi də yaradılıb. Uşaq bağçasının həyəti də tam abadlaşdırılacaq. Ümumilikdə işlərin gələn aya yekunlaşdırılması nəzərdə tutulur. Goranboy rayonunda 32 körpələr evi-uşaq bağçası var ki, bununda 29-u kənd və qəsəbələrdə fəaliyyət göstərir.

Elnur Vahidoğlu