• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 19.08.2020 03:56

Göygöldən sərnişin daşıyan sürücü saxlanıldı

KepezTV Player

Karantin rejiminin qaydalarını pozaraq Gəncədən Göygöl rayonuna qanunsuz sərnişin daşıyan avtobus aşkarlanıb. Nəqliyyat vasitəsinin sürücüsü və sərnişinləri cərimələniblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Qərb regional qrupundan verilən məlumata görə, sürücü Habil Həsənov idarə etdiyi avtobusla Gəncə şəhər stasionar postunda tabesizlik göstərərək şəhər ərazisinə daxil olub. Onun qeyri-qanuni olaraq sərinişindaşıma ilə məşğul olduğu müəyyən edilib.

Karantin rejiminə əməl edilməsi ilə bağlı vəziyyəti nəzarətdə saxlayan polis əməkdaşları vətəndaşları tətbiq edilən qaydalara riayət etməyə, qanunları pozmamağa çağırır.

Göygöl-Gəncə marşrutu ilə hərəkət edərək qanunu pozan sürücü və sərnişinləri barəsində qanunamuvafiq tədbirlər görülüb. Avtobus isə cərimə meydançasına aparılıb.