KepezTV Player
Avqustun 20-dən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda məhkəmələrin fəaliyyəti tam bərpa olunur. Vətəndaşların qəbulu dayandırıldığından proses yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır.
- Baxış: 250