• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 19.08.2020 19:45

Hakimlərə sertifikatlar təqdim edilib

KepezTV Player

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib. Keçirilən seminarda iştirakçılar “Hakimlik haqqında” əsasnamənin müzakirəsi zamanı hakimliyin prinsip və kriterləri, mükafat və cərimə ballarının hesablanması qaydası üzrə yekdil razılığa gəlib, hakimlərin səlahiyyət və vəzifələrini müəyyən ediblər. Müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.