KepezTV Player
abah Gürcüstandan azərbaycanlıların vətənə növbəti təxliyəsi həyata keçiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, təxliyə olunanların 119-u Azərbaycan vətəndaşıdır. Siyahıda Gürcüstan və Rusiya vətəndaşları da yer alıb. Həmin şəxslər Tbilisidə xüsusi laboratoriyada öz hesablarına koronavirusla bağlı testdən keçiriliblər.COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək və onlar sabah saat 10-da avtobuslarla Tbilisidən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. Pandemiya dövründə Gürcüstandan iki minə yaxın azərbaycanlının vətənə çatdırılması təmin olunub.
- Baxış: 334