• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 18.08.2020 12:02

Velosipedçilərə qarşı reyd

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər. Yoxlamalar zamanı şəhərin müxtəlif küçə və prospektlərində  avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıblar. Onlarla profilaktik söhbətlər aparılıb, bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə olduğu vurğulanıb. Qaydalara əməl etməyən 20-ə yaxın velosipedçi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.