• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 18.08.2020 11:55

Maska taxmayanlar cərimələndilər

KepezTV Player

Göygöldə polis əməkdaşları rayon ərazisində xüsusi karantin rejimi qaydalarına nəzarət məqsədilə reyd keçiriblər. Yoxlama tədbirləri qapalı məkanlarda, ictimai nəqliyyatda, eləcə də insanların sıx olduğu yerlərdə aparılıb. Qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb olunublar.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının ilk maarifləndirici reydi rayon ərazisində fəaliyyət göstərən avtovağzalda baş tutub. Sərnişin daşıyan nəqliyyat vastələrinə baxış keçirilib. Mikroavtobuslarda şəffaf arakəsmələrin mövcud olub-olmadığı, eləcə də sərnişinlərin tək-tək əyləşib-əyləşmədikləri yoxlanılıb. Həmçinin sürücülərlə Operativ Qərargahın tələb və tövsiyələri ilə bağlı maarifləndirici söhbərlər də edilib.

Göygöl rayon daxilində xüsusi karantin rejimi tətbiq olunub. Xüsusi karantin rejimi şərtlərindən biri də odur ki, şəxslərin tibbi maskalardan istifadə etməsidir. Bu həm sizin, həm də vətəndaşların sağlamlığı üçündür. **Bizdə maskadan istifadə edirik. Sərnişinlərə də tapşırırıq ki, heç kəs maskasız maşına daxil olmasın. Sərnişinlər də sözümüzü eşidir maska ilə oturur, ara məsafəsi saxlayırlar.

Daha sonra polis əməkdaşları rayon ərazisində faəliyyət göstərən gözəllik salonlarına baxış keçiriblər. Müştərilərə maskadan istifadə etməyin vacibliyi izah edilib, gigiyenik qaydalara əməl etməyin önəmi vurğulanıb.

Respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət edəsiniz. Özünüz həm də gələn müştərilər tibbi maskadan istifadə edəsiniz.

Bizə müştəri gələndə maska taxırlar və maska olmayanada içəri buraxmırıq. İşçilərimizdə maskadan istifadə edirlər.

Maarifləndirici xarakter daşıyan reyd geyim dükanlarında da təşkil edilib. Satıcılara xüsusui karantin rejiminin tələblərinə əməl etmək, ən əsası mağazaya gələn müştərilərin ara məsafəsinin qorumasına nəzarət etmək tapşırılıb.

Sizdən xahişimiz, tələbimiz, tövsiyyəmiz ondan ibarətdir ki, həm özünüz, həmdə obyektı gələn digər müştərilərin maskalardan istifadə etməsinə şərait yaradsınız. Fərdi maskalardan istifadə edilmədik də Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsi ilə məsuliyyət yaranır. Həmin maddənin tələbi isə ondan ibarətdir ki, fiziki şəxslər barəsində tibbi maskadan istifadə etmədiyi halda 100-200 manat inzibati cərimə tətbiq olunur.

Bizdə qoyulan qayda qanunlara əməl edirik müştəriləri məlumatlandırırıq. Bukletlərimiz var onları da müştərilərə veririk. Ən əsas tələbimiz içəri girəndə ara məsafəsi saxlamaq və maskadan istifadə edilməsidir.

Reyd zamanı rayon ərazisində  tibbi maskadan istifadə etməyənlərə də rast gəlinib. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunublar. Nəzarət tədbirləri mütəmadi davam etdiriləcək.

Elnur Vahidoğlu