KepezTV Player
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə bu gündən ictimai iaşə obyektlərində müştərilərə açıq havada xidmət göstərilməsinə icazə verilib. Sərt karantin rejimi tətbiq olunan 13 şəhər və rayonda, o cümlədən Gəncədə ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət səhər saat 9-dan axşam saat 10-dək həyata keçiriləcək. Qəlyan avadanlıqlarından istifadə və bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.
- Baxış: 265