• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 15.08.2020 20:41

Yolları rəvan, işləri avand olacaq

KepezTV Player

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qərb bölgəsində magistral yollarla yanaşı, yerli əhəmiyyətli yollar da yenilənir. Bu mənada hazırda Tovuz rayonunda 5 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri aparılır.

Tovuz rayonunda çəkilən bu yol 1 şəhər və 4 kəndi əhatə edir. Ümumilikdə yenilənən yolun uzunluğu 36 km-ə yaxın olacaq.

Qovlar şəhəri, eləcə də Əyyublu, Aran, Aşağı Quşçu və Koxanəbi kəndlərini birləşdirən yollar 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Eyni zamanda suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi aparılır.

Anar Nəcəfli AAYDA-nın mətbuat katibi:Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən avtomobil yolu yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu isə öz növbəsində vətəndaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.

Sakinlərin rahatlığına hesablanan yolların yenidən qurulması gediş-gəlişə birbaşa təsir edəcək. Bu ərazilərdə yaşayanlar infrasturukturun yenilənməsindən razıdırlar.

Elçin Qasımov sakin:Bizim bu yol 3.5 km-dir. Buradan Qovlara getmək üçün 1.5-2 saat vaxt tələb olunurdu. Əvvəl yol mövcud idi. Amma pis vəziyyətdəydi. Yağışda heç gəlib-gedə bilmirdik. Çox təşəkkür edirik. Yollarımız düzəldiblər.

Eldar Zeynalov sakin:Yollarımız bərbad gündəydi. Gedib-gəlməyə çətinlik çəkirdik. Maşınlarımız tez-tez xarab olurdu. İndi əziyyət yoxdu, rahat gedib-gəlirik. Yollar pis vəziyyətdə  olanda ehtiyyat hissələrə pul verirdik, pul çatdıra bilmirdik, maşınlarımız tez-tez sıradan çıxırdı. İndi maşınlarımız gec, hətta demək olar ki, xarab olmur. Sağ olsunlar bu yolu çəkiblər. Minnətdarlığımızı bildiririk.

Texnoloji ardıcıllığa əsasən yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri gedir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.