• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 14.08.2020 19:55

995 abituriyent imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə şəhər və rayonda, o cümlədən Şəmkirdə II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçirilib. Həmçinin I və IV ixtisas qrupları üzrə müsabiqədə fərqli xarici dil üzrə iştirak etmək istəyənlər üçün, eyni zamanda qəbul imtahanını fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan da olub. Prosesdə Şəmkir və Gədəbəydən ümumilikdə 995 abituriyent iştirak edib. 4 binada təşkil edilən imtahanda karantin rejimi qaydalarına tam şəkildə əməl edilib. İmtahanı 100 nəzarətçi müəllim və 12 imtahan rəhbəri izləyib. Heç bir qayda pozuntusu aşkarlanmayıb.

Rövşən Həsənov - abituriyent: Şəmkir şəhərinin Seyfəli kəndindən üçüncü qrup üzrə imtahana gəlmişəm. İmtahan çox gözəl keçdi, pandemiyyaya görə də yoxlanıldıq. Suallarda nə çətin idi, nə də asan yaxşı keçdi.

Elnurə Namazova - abituriyent: Şəmkir rayonun Qədimqala kəndində yaşayıram. Üçüncü qrupa hazırlaşıram, suallarda o qədər də çətin deyildi. Traix fənnindən 28 dənə yazdım, Azərbaycan dili və ədəbiyyatdan da hamısını yazdım.

Hamlet Fətdayev - ümumi imtahan rəhbəri: Heç bir problemimiz yoxdu, Dövlət İmtahan Mərkəzi tərəfindən bütün lazımı vəsait və avadanlıqlarla təchiz olunmuş bir şəraitdə uşaqlar üçün imtahan şəraiti yaratmışıq. Bu gün imtahanımızda 248 abutiriyent iştirak etməli idi ki. Onlardan 11 nəfər üzürlü səbəbdən iştirak edə bilməmişdi. Beləliklə imtahanda 237 nfər iştirak edir. Heç bir qayda pozuntusuna rast gəlinməmişdi.