• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2341
— 14.08.2020 19:10

İcra nüməyəndəsinin cinayət işi məhkəmədə

KepezTV Player

Yevlax RİH başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etməsi barədə rayon prokurorluğuna daxil olan müraciətlər əsasında cinayət işi başlanıb. İstintaqla Əsədovun pandemiya dövründə aztəminatlı ailələrə göndərilən ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.