• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2278
— 13.08.2020 22:20

90 gün vizasız qalmaq mümkündür

KepezTV Player

Bu il fevralın 25-də Bakıda imzalanan “Azərbaycan və Türkiyə Hökümətləri arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” bu gün qüvvəyə minib. Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 gün müddətinə viza tələbindən azad edilirlər.Müvafiq ölkə ərazisində qeyd edilən vaxtdan artıq müddətə qalmaq istəyənlər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 ay etibarlılıq müddətinə malik olmalıdır.Sazişin qüvvəyə minməsi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətləri aradan qaldırmır.