• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 13.08.2020 20:58

Qəsəbələrdə iməciliklərə başlanılıb

KepezTV Player

Gəncənin qəsəbələrində təmizlik işlərinə başlanılıb. İlk olaraq Natavan qəsəbəsində iməcilik keçirilib. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Mənzil İstismar Sahəsinin əməkdaşları qəsəbəyə gedən yolların kənarlarında təmizlik işləri aparıblar. Məişət tullantıları yığılaraq təyin olunan yerə daşınıb. Aksiya qəsəbənin daxili küçələrini də əhatə edib. Yol kənarlarında olan zibillər yığılıb, qurumuş otlar biçilib. Analoji işlər qarşıdakı günlərdə şəhərin digər qəsəbələrində də aparılacaq.