KepezTV Player
Xocalı soyqırımını törədən və Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq.Bunu Bakıda səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib. O, Ermənistanın bir müddət əvvəl Tovuz rayonunda həyata keçirdiyi hücumu şiddətlə pislədiklərini bildirib: “Azərbaycan yalnız deyil, haqlı mübarizəsinə olan dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq”-deyə Hulusi Akar sözlərinə əlavə edib.
- Baxış: 209