• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 863
— 12.08.2020 20:10

Regionlarda ilk imtahan

KepezTV Player

2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə avqustun 14-dən başlanılacaq imtahanlar ilk dəfə regionlarda da keçiriləcək. Gəncədə proses iki binada - 16 və 27 nömrəli orta məktəblərdə təşkil olunacaq. İmtahanlarda Gəncə ilə yanaşı Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Samuxdan olan namizədlər iştirak edəcəklər. Bütün mərkəzlərdə imtahanlar təxminən 18 gün davam edəcək. Həftə içi 5 gün və gün ərzində 2-3 seans olmaqla keçiriləcək, namizədlərə 90 dəqiqə vaxt veriləcək. Həmçinin bu il ilk dəfə olaraq iştirakçılara yazdıqları cavabları yoxlamaq üçün əlavə 10 dəqiqə də ayrılacaq. Test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndərilir. İmtahan binalarında 40 kompüter mövcud vəziyyətlə əlaqədar 1,5 metr ara məsafəsi ilə tək-tək quraşdırılıb. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər. Gün ərzində keçiriləcək prosesdən sonra otaqlar yenidən dezinfeksiya olunacaq. Ümumilikdə 17 regionda təşkil edilən imtahanlar 32 binada keçiriləcək. Bu mərhələdə 46 min 228 namizəd iştirak hüququ qazanıb.

Mehriban Mahmudova - Gəncə Şəhər MİQ İmtahan Mərkəzinin rəhbəri: Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər çoxdur. Bunlardan ən önəmlisi odur ki, ixtisas üzrə 40 sualdır. Metodika cə strategiya üzrə isə 20 sualdadn ibarətdir. Burda məntiq sualları imtahandan götürülüb.Sevindirici haldır ki, namizədlərin regionlarda imtahan verməsi onların həm məsafə baxımından, həm də işlərinin asanlaşdırılması üçün müsbət hallardan biridir.