Goranboyda evdə gizli ad günü keçirib karantin qaydalarını pozanlar saxlanılıblar. RPŞ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimini dayandırıblar. İştirakçılar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər. Həmin şəxslər də daxil olmaqla məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə ediliblər. Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq tədbir görülüb. Onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib. Rayon ərazisində 1 nişan və 1 toy mərasiminin qarşı alınıb.
- Baxış: 2039