• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 10.08.2020 19:58

Prezident İlham Əliyev “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.Dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatları qrant müqavilələrinin müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.<br>Prezident İlham Əliyev “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanunu da imzalayıb. “Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.