• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 10.08.2020 19:58

Gəncədə keçmiş məhkum narkotikə görə yenidən tutuldu

KepezTV Player

Başqalarının əmlakına göz dikənlərlə yanaşı, insanların həyatına bu və ya digər şəkildə qənim kəsilənlər də var. Söhbət narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olaraq digərlərini zəhərləyən şəxslərdən gedir. *** Gəncə  şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçiriblər. Qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncədə yaşayan, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov saxlanılıb. Üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kq 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Davam etdirilən əməliyyat axtarış tədbirləri nəticəsində Muraz Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub. Muraz Məmmədov istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Muraz Məmmədov - saxlanılan şəxs: Marixuananı tapmışdım. Tapdığım üçün də ondan bir-iki dəfə istifadə etdim. İstifadə etdiyim müddətdə polis tərəfindən yaxalandım. Etdiyimdən çox peşmanam.