• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 10.08.2020 12:04

Polis kürəyindən bıçaqlanıb

KepezTV Player

Paytaxtın Xətai rayonunda polis əməkdaşlarına müqavimət göstərilib, asayiş keşikçilərindən birinə xəsarət yetirilib. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün əməkdaşları gecə saatlarında bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri - Elşad Əsədov polis əməkdaşlarını bıçaqla hədələyib, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.