KepezTV Player
İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə yürüş-mitinq keçirilib. "İsraildə Azərbaycan Evinin" təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.
- Baxış: 184