• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 08.08.2020 12:20

Avqustun 10-dan yumşalan qaydalar

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Bu qərar məqşçliər və idmançılar üçün xüsusilə sevindirici olub. Bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə də icazə verilib.

Ölkədə yoluxmanın dinamikasında müsbət tendensiya və iqtisadi aktivliyin gücləndirilməsi zərurətini nəzərə alan Operativ Qərargah karantin qaydalarını yumşaldıb. Avqustun 10-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib. İri ticarət mərkəzlərindən başqa, qeyri-ərzaq malları satılan mağazalar və əhaliyə məişət xidmətləri göstərən obyektlər də açılacaq. Maşın və avadanlıqların, elektrik avadanlıqlarının, kompüter, elektron və optik məhsulların, nəqliyyat vasitələrinin, poliqrafiya məhsulları, zərgərlik məmulatlarının, musiqi alətləri, idman malları, geyim, ayaqqabı, dəri və dəri məmulatları, tütün və sair sənaye məhsullarının istehsalı, toxuculuq sənayesi kimi sahələrin fəaliyyətinə də icazə verilir. Bir sıra sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və mülki-hüquqi müqavilə ilə işləyənlərin sayına verilən 30 faizlik məhdudiyyətlər ləğv edilir. Sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxış üçün yaxın qohumun dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzindən icazə alınmalıdır. Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında hərəkət edilməlidir. Beynəlxalq və ölkədaxili uçuşlara bileti olanlara həmin biletlər əsasında, dövlət sərhədindən ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulan ştamp əsasında icazə verilir. Operativ Qərargah vətəndaşların diqqətinə çatdırır ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Bu, iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.