• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 07.08.2020 20:05

Suvarma asanlaşır

KepezTV Player

Şəmkirdə fermerlərin əkin sahələrini rahat, zaman itkisinə yol vermədən suvarması üçün kanalların lil və kol-kosdan təmizlənməsi işləri davam edir. Su itkisinin qarşısının alınması üçün torpaq kanalların betonlanması işləri də aparılır. Gələcəkdə isə suya ehtiyac olan əkinə yararlı torpaq sahələrinin suvarılması üçün yeni suvarma kanalları çəkiləcək.

Şəmkir Suvarma Sistemləri İdarəsinin xidmət etdiyi əkinə yararlı 40 min 500 ha torpaq sahəsini suvarmaq üçün Şəmkir çay su anbarından, Zəyəm çayından, Kür çayından götürülən maşın kanalından və daxili nasoslardan itifadə edilir. Şəmkir çaydan saniyədə 9,6 kubmetr, Kür çayından götürülən maşın kanalından isə saniyədə 4 kubmetr su qəbul edilir ki, bu da rayon fermerlərin çox hissəsinin sahələrini suvarmasına yetir. 926 km daxili təsərrüfat kanallarından da istifadə edilir.

Bu Sol sahil beton kanalıdır. Kanalın uzunluğu 26 km-dir. İlin əvvəlindən indiyə kimi kanalın təxminən 1 km betonlanıbdır. Hazırda bu proses davam edir.

Yusif Sadıqzadə - torpaq mülkiyyətçisi: 65 hektar sahəm var. Onunda 47 ha taxıl əkimişəm biçmişəm. Yonca əkmişəm suvarmışam onuda 2 dəfə biçmişəm, üçüncüyə hazırlaşıram.Semiçka, qarğıdalı əkmişəm hamısını da suvarmışam. Suvarmada çətinliyim yoxdu. Sol dahil beton kanallla suvarıram. Əvvəllər isə torpaq idi su itkisinə çox yol verilirdi. İndi isə itki yoxdu, rahat sulayırıq.

Gələcəkdə də sahələrə suyun tez çatması üçün 18 texnika torpaq kanalların lildən təmizlənməsi işini aparır. 2 nasos stansiyada əsaslı təmir işləri görülür. İlin sonuna bu nasos stansiyaların istifadəyə verilməsi planlaşdırılır.

Bakir Allahyarov - Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndis əvəzi: Təxminən 750 km kanalı lildən təmizləmişik. O cümlədən pambıqlı arxında su itkisinin qarşısının alınması üçün betonlama işləri gedir. 3 km olan pambıqlı arxın 600 m hissəsini betonşamışıq, qalanı isə ilin sonuna kimi təhvil verəcəyik. Suvarma mütəşəkkil gedir və fermerlərlə işimizi düzgün qura bilmişik.  

Rayonda suya ehtiyacı olan torpaq sahələrinin suvarılması üçün işlərə başlanılacaq.

Bakir Allahyarov - Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndis əvəzi: Zəyəm çayı zonasının suya ehtiyacı çoxdur. Nəzərdə tutulub Zəyəm çayın 2030-cu ilə kimi qabağının kəsilməsi nəzərdə tutulub. Əgər bu olsa 6-7 min hk sahənin suvarılması yaxşılaşdırıla bilər. Çünki hazırda Zəyəm çayında suyumuz azdır, bu suvarılan sahələri təmin edir. Subartezian quyuları ilə suvarırlır qalanı isə suvarıla bilnmir.

Hazırda təkrar əkilən qarğıdalı, eləcə də çox illik bitki olan yoncanın suvarılması prosesi gedir. Bunun ardınca isə sentyabr və oktyabrda əkilən xəsil və taxıl suvarılacaq. Fermerlər su birlikləri tərəfindən tutulan qrafiklərlə növbəlik əsasında aparırlar.

Elnur Vahidoğlu