• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2156
— 07.08.2020 12:13

190 manat 278 min nəfəri əhatə edəcək

KepezTV Player

Bu il işsizlikdən sığorta ödənişinin həcmi 20 min insana çatdırılacaq. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycanda 13 min nəfərin 190 manatlıq ödənişi əlavə gəlir mənbəyi və əmək müqaviləsi olduğuna görə dayandırılıb. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə bu ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə təmin ediləcək. İşsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək.