• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 06.08.2020 19:07

"40 pillə"də əməliyyat

KepezTV Player

Doğrudur, toy, nişan və s. kimi mərasimlər bizim adət-ənənələrimizdən irəli gəlir. Ancaq nəzərə alaq ki, əvvəlki dövrlərdən fəqrli olaraq indi biz koronavirusla mübarizə şəraitindəyik. Ona qalib gəlməyində indiki zamanda yeganə yolu karantin qaydalarına əməl edərək, sosial məsuliyyətdən irəli gələn öhdəliklərimizi yerinə yetirməkdir. Özümüzün və sevdiklərimizin sağlamlığını qoruyaq və qaydalara biganə yanaşmayaq. Daha bir karantin pozulma faktı Paytaxtdan qeydə alınıb.

 Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən "40 pillə" restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərib. Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən ünvana yollanıblar. Orada 8 nəfər müştərinin olduğu aşkarlanıb. Onlardan biri obyektdən qaçmağa çalışsa da, polisin çevikliyi ilə saxlanılıb. Müştərilərin hər biri barəsində İntizabatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.