• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 06.08.2020 19:30

Ata iki yaşlı oğlunun boğazını kəsdi

KepezTV Player

Bakıda ata iki yaşlı oğlunun boğazını kəsib. 50 yaşlı Emil Xazıyev həyat yoldaşı ilə ayrılıb. Anası 2 yaşlı Ömər Şabanovu atasının görməsi üçün keçmiş ərinin yaşadığı Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib. Bir müddət sonra geri qayıdarkən əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib. Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını kəsib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ana polis əməkdaşlarının köməyilə təcili yardımla övladını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Həkimlərin səyi ilə azyaşlının həyatını xilas etmək mümkün olub.