• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 04.08.2020 19:54

Azərbaycan "yaşıl siyahı"da

KepezTV Player

Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı epidemioloji təhlükəsiz ölkələr baxımından “yaşıl siyahıya” daxil etmək qərarına gəlib. İndi Azərbaycan vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya giriş icazəsi verilir. İyunun 1-dən etibarən Monteneqro hökuməti xüsusi giriş meyarları tətbiq edir. Bu qaydalara görə, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dək Azərbaycanın sərhədlərindən giriş-çıxış qadağandır.