• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1888
— 04.08.2020 12:27

Profilaktiki tədbirlər davam etdirilib

KepezTV Player

Gəncədə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılıb. Prosesə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunub. Əsas prospekt, küçə və yollar xüsusi kimyəvi məhlulla yuyulub. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktiki işlər görülüb. Yaşayış binaları, həyətlər, idman-əyləncə qurğuları da dezinfeksiya edilib.