• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 03.08.2020 20:10

Qadın sahibkarların sayı artır

KepezTV Player

Sahibkar qadınlar artıq şəhərlərdən rayonlara, kəndlərə ayaq açıb. Sahibkarlığın dövlət tərəfindən dəstəklənməsinin burada payı az deyil. Müxtəlif istiqamətlər üzrə özlərini sınayaq qadınların biznesdəki uğundan Elnur Vahidoğlu danışacaq

Gülnar Babayeva - sahibkar qadin: İki ilə yaxındır ki, sahibkarlıqla məşğul oluram. Xanımlara bütün diqqətimizi sevgimizi veririk. Salonumuzda bütün xidmətlər saç kəsimi, boya, dırnaq var. Dövlətimizdən də çox razıyıq ki, bizə bu imkanları verib ki, biz sahibkarlıqla məşğul oluruq və irəli gedə bilirk.

Göygöldə 150-ə yaxın qadın sahibkarlıqla məşğul olur. Onlardan biri olan Gülnar Babayeva fəaliyyətini genişləndirmək üçün təcrübəsini seminar və treninqlərdə iştirak etməklə artırıb.

Gülnar Babayeva - sahibkar qadın: Gələcəkdə sahibkarlığı inkişaf etdirmək üçün gözəllik salonlarımızın sayını artırmaq fikrimiz var. Gözəl qabiliyyətli tələblərim var, onları da işə dəvət etmək və irəli getmək fikrim var. Hər bir qadın güclüdür, hər bir qadın bunu bacarar. Sadəcə olaraq qorxurlar irəli gedə bilmirlər. Mən istırdim ki, bütün qadınlar ayağa qalxıb sahibkar olsun işləsinlər.

Yeganə Sadıqova - sakin: Mən həmişə bura gəlib gedirəm. O, öz qabiliyyəti və gözəl xarekteri ilə insanları özünə cəlb edə bilir. Sahibkar kimi mən ondan çox razıyam. Gözəl sahibkar olduğu üçün fəaliyyətini yaxşıda davam etdirir.

Sahibkqar qadınların regionlarda inkişaf etməsində Sahibkar Qadınlar İctimai Birliyinin də xidmətləri az deyil. Respublikanın 15 rayonunda nümayəndəliyi fəaliyyət göstərən birliyin 5 mindən artıq üzvündən 60 faizini gənclər təşkil edir.

Zemfira Ağayeva - “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: Əvvəllər şəhərlərdə daha çox qadın sahibkarlıq inkişaf edirdi indi isə rayonlarda daha çox maraq var. Bizim tərəfdən görülən işlər isə ondan ibarətdir ki, iqtisadi biliklərdi, hüquqi biliklərin artırılması təşkilat tərəfindən regionlarda təlimlərin keçirilməsi, xüsusi təlimçilərin onlarla görüşdürülməsi və bu nöqtey nəzərdən ehtiyat olan sahələr üzrə maarifləndirmək.

Kənd və rayonlarda yaşayan sahibkar qadınların peşə kurslarına cəlb olunması və onlara texniki yardımların göstərilməsi gələcək planlar sırasındadır.

 

Elnur Vahidoğlu