• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2322
— 03.08.2020 20:22

Hansı halda rayonlara getmək olar?

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. Jurnalistləri maraqlandıran suallara cavab verilib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət tərəfindən koronavirus pandemiyası başlayandan etibarən həyata keçirilən sosial-iqtisadi yardım paketlərin davam edəcəyini diqqətə çatdırıb.

Koronavirusa görə iqtisadi və sosial dəstəklə bağlı yeni təkliflər müzakirə edilir. İqtisadi paketlə əlaqədar Nazirlər Kabinetinə yeni təkliflər verilib. Hikmət Hacıyev Azərbaycan vətəndaşlarına zəruri hallar istisna olmaqla xarici səfərlərdən çəkinmələrini də tövsiyə edib. Onun sözlərinə görə, dünya ölkələrində pandemiyanın ikinci, üçüncü alovlanması baş verməkdədir.

İtaliyalı mütəxəssislər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəliblər. Onlar pandemiya ilə mübarizədə öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər. Çinin Uhan şəhərində fəaliyyət göstərən ekspert qrupunun da bu günlərdə ölkəmizə gəlməsi nəzərdə tutulur. Brifinqdə regionlara gediş-gəlişin açılması, bundan başqa, açıq havada kiçik kafelərin işləməsi məsələsinin müzakirə ediləcəyi də bildirilib. Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, karantin qaydalarının birdən-birə yumşaldılmasına getmək olmaz.

Avqustun 5-dən ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejiminin qismən aradan götürülməsi ilə Təhsil Nazirliyində müəllimlərin işə qəbul imtahanları və müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən isə xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi planlaşdırılır. Bu, müəyyən qrafik üzrə keçiriləcək: “Əlavə olaraq təhsil müəssisələrində müvafiq gigiyena-sanitar qaydalara əməl etmək şərtilə vətəndaşların müraciətləri əsasında müvafiq arayışlar və sənədlərin verilməsinə icazə verilir”. Ölkədə orta məktəblərin açılması məsələsinə gəlincə.

Brifinqdə verilən məlumata görə, dünyada vaksinlərin tapılması məsələsi Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılır. Vaksin istehsal edən şirkətlərlə işgüzar əlaqələr mövcuddur. Bu istiqamətdə aparılan işlər araşdırılır. Bununla bağlı araşdırmalar nəticəsində təkliflər hazırlanıb, hökumətə təqdim edilməlidir.