• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 03.08.2020 20:18

Yumşaldılan karantində qalan qadağalar

KepezTV Player

31 avqust saat 00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunur. 5 avqust saat 6-dan etibarən sərtləşdirilən xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir. Bəzi məhdudiyyətlər isə qüvvədə qalır. Belə ki, həftəsonları 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək; 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək; 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək; 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti, açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi də dayandırılır. Eyni zamanda Nazirlər Kabiteninin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır. 2020-ci il 31 avqust saat 0-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bu məhdudiyyətlər qüvvədədir: (xüsusi və çarter reysləri istisna olmaqla) ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının, ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının , əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin; idman, sağlamlıq-bərpa üzrə xidmətlərin, mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin, toy məclislərinin təşkilinin qadağan olunması; bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; massaj və hamam xidmətlərinin göstərilməsi; Operativ qərargah Virusa yoluxanların sayının azaldılması üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.