Yevlax rayonu ərazisində pambığın yeni üsulla becərilməsinə başlanılıb. Su qıtlığının yaratdığı çətinilklərlə üzləşməmək üçün daha mütərəqqi suvarma üsulundan istifadə edilib.
Yevlaxda 8 hektar sahədə damlama sistemləri ilə suvarılan pambıq becərilib. Fermer deyir ki, pambıq tarlasında damlama üsulundan istifadə etməklə su sərfiyatına təxminən 10 dəfəyə qədər qənaət edib. Buradakı pamblıq bitkiləri böyü və məhsuldarlığı ilə digər ərazilərdən seçilir.
Fermerin sözlərinə görə sahələrin suvarılmasında damlama sisteminin tətbiqi bitkilərə aqrotexniki qulluq işlərinin aparılmasına və yığım prosesinə heç bir maneə yaratmır.Əksinə şoranlaşmanın qarşısını almaqla yanaşı torpağın hums qatının münbitliyinin artırılmasına da müsbət təsir edir.
Fermer 8 hektarərazidə yetişdirdiyi pambıqdan yüksək məhsuldarlıq əldə edəcəyini proqnozlaşdırır.Gələcəkdə damlama üsulu ilə suvarmanı daha geniş ərazidə tətbiq etməyi düşünür.
- Baxış: 4830