• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 29.07.2020 11:54

Bu gündən ölkə ərazisində hərbi təlimlər başlayır

KepezTV Player

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərə start verilir. İllik plana uyğun olaraq bu gündən ölkəmizdə başlayan təlimlərdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələri iştirak edir. Tədbirlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək isə quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.