Ölkəmizdə arıçılıq üçün əlverişli olan regionlar sırasında qərb bögəsinin də xüsusi payı var. İstər dağlıq, istərsə də dağətəyi ərazilərdə hər cür bitkilərin olması arı ailələrindən yaxşı məhsul toplanılmasına şərait yaradır. Yaz aylarında havaların nisbətən yağışlı olması arıçılar üçün bir sıra çətinliklər yaratsa da məhsuldarlığa o qədər də təsir göstərməyib. Qərb bölgəsinin arıçılıq təsərrüfatlarında may balının süzümü başa çatıb. Arıçılar məhsuldarlıqdan razıdır.
Samux rayonunda arıçılar bəslədikləri arı ailələrindən mövsümün ilk balını tədarük ediblər. Kiyafət qədər arı ailəsi olan Füzuli Verdiyevin də Gəncə Arçılar Assosiasiyanın sədri olmaqla əsas məşğuliyyəti arıçılıqdır. İllərdir bu işlə məşğul olan arıçı bu il hər arı ailəsindən minimum 20 kiloqram məhsul topladığını deyir.
Füzuli Verdiyev - Gəncə Arıçılar Assosiasiyanın sədri: Bizim bu qərb bölgəsində həm arıçılığın inkişafı, həm də məhsuldarlıq yüksək səviyyədə oldu. Biz aprel ayının sonlarına doğru akasiya meşələyindən mən öz arılarımı çıaxratdım. Sonradan Samux rayonunda Kür qırağı sahələrə apardım. Orada məhsulumuzu topladıq. Bir hissəsini isə Şəmkirin dağ kəndlərinə və Gədəbəyə apardım. Biz may balını süzmüşük. Dağdan gətirib dağ balını da süzmüşük.
Samux rayonunun bütün yaşayış məntəqələrində arı təsərrüffatları var. Burada arıçılığa böyük marağın olması dövlətin bu sahəyə geniş dəstəyindən qaynaqlanır. Hər arı ailəsinə görə verilən subsidiyalar ilbəil arı ailələrinin artmasına zəmin yaradır.
Rufin Tağıyev – arıçı: 10 yeşik arı ailəm var idi. Bu il 14-ə çatdırmışam. Allahın köməkliyi ilə məhsuldarlıq yaxşı olacaq. Gələn il arı ailərinin bir qədər də artırmaq fikrindəyəm.
Bütün dünyada tüğyan edən koronavirus pandemiaysı arıçılığa da təsrisiz ötüşməyib. Belə ki, əldə edilən məhsulun satışı ilə bağlı müəyyən çətinliklər var.
Füzuli Verdiyev - Gəncə Arıçılar Assosiasiyanın sədri: Pandemiyadan qabaqkı illərdə məhslumuzu restoranlar da, otellər də götürüb istifadə edirdi. Turustlər gəlirdi, onlara da satırdıq. Bu il ancaq pandemiayaya görə gəliş-gediş olmadığı üçün iqtisadiyyat kimi bizə də zərbələr dəydi.
Növbəti bal süzümü avqustda olacaq. Əilverişli hava şəraiti və göstərilən xüsusi qulluq məhsuldarlığın yüksək olacağına zəmin yaradır. Hər halda arıçılar belə proqnoz verirlər.
Natiq Hüseyn
- Baxış: 2212