KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün növbəti buraxılış imtahanları keçirilir. Saat 11-də başlanan imtahanda 13483 şagirdin iştirakı gözlənilir. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 149 imtahan binası, 2286 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 385 imtahan rəhbəri, 3024 nəzarətçi–müəllim, 298 buraxılışı təşkil edən əməkdaş, 149 bina nümayəndəsi ayrılıb.
- Baxış: 341