• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2046
— 24.07.2020 12:01

Nifrət zəminində cinayət işi başlanacaq

KepezTV Player

Los Anceles polisi 23 iyul tarixində məlumat yayaraq, iki gün öncə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.