• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 23.07.2020 19:53

Abituriyentlərin bilikləri sınağa çəkilib

KepezTV Player

Bu gün buraxılış sinif şagirdləri imtahan verib. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi proses sərt karantin rejimi tətbiq edilən Gəncədə də reallaşıb və 888 nəfər abituriyent imtahan verib. Bu abituriyentlər ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə sənəd verənlər Kəpəz rayon sakinləri olub. 1-ci və 5-ci qruplar üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil müəssisələrinə sənəd verən abituriyentlər birinci mərhələ imtahanı veriblər. 4 binada reallaşan imtahanın idarə olunması üçün 11 imtahan rəhbəri, 94 zal nəzarətsi cəlb olunub. Bundan əlavə imtahan iştirakçılarının sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olmunması da həyata keçirilib. Növbəti imtahan sabah 6 binada Gəncənin Nizami rayonunda qeydiyatda olanlar üçün reallaşacaq. 

Yevlaxda da buraxılış imtahanı keçirilib. Saat 11- də başlayan imtahan 14-ə qədər davam edib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün binaya müxtəlif daxilolma vaxtları müəyyən edilib. Koronovirus infeksiyası ilə əlaqədar şagirdlər imtahana buraxılmazdan əvvəl hərarətləri ölçülüb və xüsusi məhlullarla əlləri dezinfeksiya olunub.Iştirakçilar imtahan zallarına qoruyucu maskalarla daxil olublar. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. İmtahan zamanı heç bir qayda pozuntusu qeydə alınmayıb.
Bu arada, DİM-in məlumatına əsasən, ölkə üzrə 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.