• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 23.07.2020 19:26

Ağrıdağın zirvəsindən dünyaya "Qarabağ Azərbaycandır!" çağırışı edilib

KepezTV Player

Türkiyə–Azərbaycan Dərnəyinin fəalları Ağrıdağın hündürlüyü 5137 metr olan zirvəsində "Emənistanın təcavüzkar siyasətinə son qoyulsun!" və "Qarabağ Azərbaycandır!" şüarları yazılmış plakatı nümayiş etdirməklə Azərbaycana dəstək aksiyası keçiriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Ermənistandan tələb edən gənclər bu məqsədlə ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsində plakat qaldıraraq, Türkiyədən bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan ediblər.