KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam rayonunun Evoğlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndəriliblər və məişət tullantıları sahəsinə baxış keçirilib. Boş vəziyyətdə 122 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
- Baxış: 1214